Hovuza girdi və hamilə qaldı

Azər Abbas, Bakı Legal Team MMC-nin hüquqşünası

Qızıyla Misirə tətil üçün gedən polyak qadın qaldığı hoteli məhkəməyə verdi. Bunun səbəbi isə hamını heyrətləndirdi. Belə ki, qadın qızının hovuza girdikdən sonra hamilə qaldığını deyərək, hoteldən təzminat istəyib. 13 yaşındakı qızın anası Maqdalena Kviatkovska qızının hamilə olduğunu və bunun hovuza girdikdən sonra baş verdiyini bildirib. Belə ki, tətil zamanı qızının heç bir oğlanla tanış olmadığını və cinsi əlaqədə olmadığını qeyd edən Maqdalena qızının hamilə qalmasının səbəbini  hovuzun təmizlənməməsində və orada olan spermlərdə  gördüyünü qeyd edib. Polşadakı turizm agentliyi də belə bir şikayətin daxil olduğunu təsdiqləyib. Misirdəki hotel isə qadının təzminat almaq üçün yalan dediyini bəyan edib.

Qaynaq: Gazetepor

Maykl Ceksonun vəsiyyətnaməsi

Maykl Ceksonun vəsiyyətnaməsinin  orijinal surətini buradan oxuya bilərsiniz (ingiliscə).