Yeni Mənzil Məcəlləsi

Aşağıda həm yeni Mənzil Məcəlləsi, həm “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanun, həm də “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin fərmanı ilə tanış ola bilərsiniz: Okumaya devam et

Azərbaycan Respublikasının yeni Təhsil Qanunu

Təhsil haqqında Azərbaycan Respublikasının qanunu

Bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Okumaya devam et

məhkəmə müşahidəçisi vəzifəsinə vakansiya

ATƏT-in Bakı ofisi və Tender Monitorinq Mərkəzi birgə həyata keçirdiyi “Məhkəmələrin Monitorinqi” layihəsi üzrə məhkəmə müşahidəçisi vəzifəsinə vakansiya elan edir. Ətraflı Hüquq Maarifçiliyi Cəmiyyətinin bu xəbərində

qısa xəbər

Bu günlərdə elə də çox maraqlı hüquq xəbərlərinə rast gəlməsəm də, 2 -sini qeyd edim:

1 – Çexiyada Baş Nazirin istefasından sonra Parlament buraxılmış və oktyabrda yeni seçkilər keçirilməsi nəzərdə tutulmuşdu. Amma deputatlardan biri bu seçkilərin keçirilməsinin onun deputat olaraq səlahiyyət müddətini vaxtından əvvəl bitirəcəyini iddia edib Konstitusiya Məhkəməsinə müracitə etmişdir. Konstitusiya Məhkəməsi isə belə seçkilərə imkan verən Konstitusiya aktını (bir növ, AR-dakı Konstitusiya Qanunu kimi), eləcə də oktyabr seçkilərini Konstitusiyaya zidd elan etmişdir. Amma bir neçə gün öncə Çex Parlamenti buna imkan verən Konstitusiya düzəlişini qəbul etdi və artıq yeni seçkilərin noyabrda keçirilməsi nəzərdə tutulub. (Associated Press)

2 – Buşa ayaqqabı atan jurnalist 9 aydan sonra azad edildi.

Fərid N.

BMT-nin 64-cü sessiyası

Birləşmiş Millətlər Təşkilatı 15 sentyabr 2009-cu ildə 64-cü sessiyasına başlayır. Müzakirə ediləcək məsələlər barədə buradan (BMT-nin rəsmi dillərində) tanış olmaq olar.

Uzun müddətli fasilədən sonra Hüquq Bloqu yenidən fəaliyyətə başlayır. Oxuculardan xahişimiz: Hüquqi yazılarını, şərhlərini, fikirlərini bloqa yerləşdirməkdən çəkinməsinlər. Bloqun “sağlam” və “əbədi” olması həm də oxuculardan asılıdır.