yeni ünvanımız – hukukhaber.blogspot.com

Hüquq Blogumuz artıq yeni ünvanda – həm Azərbaycanca, həm də türkcə yayımlanacaq:

http://hukukhaber.blogspot.com/

Blogun xarakteri dəyişməyəcək – hüquqi xəbərlər, hüquqi məqalələr və rəylərdən ibarət olacaqdır.Hər kəsi yeni ünvanımıza dəvət edirik:

http://hukukhaber.blogspot.com/

“Ülkeden gitmek, ülkeye gelmek ve pasaportlar hakkında” Azerbaycan Cumhuriyeti Yasasına ilave ve değişiklikler tasarısı tartışılmıştır / “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb

APA-nın haberine göre, yasa tasarısı hakkında bilgi veren Millet Meclisinin Hukuk siyaseti ve devlet kuruculuğu komisyon başkanı Ali Hüseynli yasayla ilgili Azerbaycan Cumhurbaşkanı tarafından Millet Meclisine teklifler tasarısı gönderildiğini söylemiştir. Komisyon başkanının söylediğine göre yasaya teklif edilen ilave ve değişiklikler yabancıların turist şirketleri vasıtasıyla vize almasını kolaylaştıracak. Bu yasa sanal vizelerin de kullanılmasını sağlayacak.  

APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təkliflər layihəsi daxil olub. Komitə sədri deyib ki, qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracaq. Bu, elektron vizaların tətbiqinə də imkan verəcək.   Okumaya devam et

Kaddafi’nin dondurulmuş paraları Libya’ya insani yardım amaçlı harcanacak / Qəddafinin dondurulmuş pulları Liviyaya humanitar yardıma yönəldiləcək

ABD hükumeti sivil halka karşı cinayetle suçlanan Libya iktidarının malvarlığının Libya’ya insani yardım amaçlı kullanılması yollarını arıyor. Böyle bir konuşma yapan ABD maliye bakan yardımcısı Devid Koen bu paralların Kaddafi’ye veya iktidarda olan diğer kişilere geri verilmesi söz konusu bile değil. D.Koen’nin sözlerine göre Kaddafi’nin Barak Obamanın kararı ile dondurulmuş olan paralarının toplamı 34 milyar dolardan fazladır. Hatırlatmak isteriz ki, Kaddafi’nin, onun aile fertlerinin ve iktidardaki diğer kişilerin malvarlığı B.Obama tarafından 25 şubat 2011 tarihinde verilen kararla dondurulmuştur.

Kaynak: RBC

Afgan Bahışov

 

ABŞ hökuməti mülki əhaliyə qarşı cinayətdə ittiham olunan Liviya hakimiyyətinin aktivlərinin Liviyaya humanitar yardımda istifadə edilməsi imkanlarını araşdırır. Bu bəyanatla ABŞ maliyyə nazirinin müavini Devid Koen çıxış etmiş və qeyd etmişdir ki, bu vəsaitlərin Qəddafiyə, hakimiyyətdə olan digər şəxslərə qaytarılması müzakirə belə olunmur. D.Koenin sözlərinə görə hazırda Barak Obamanın sərəncamı ilə Qəddafinin dondurulmuş vəsaitlərinin məbləği 34 milyard dollardan çoxdur. Məlumat üçün bildiririk ki, M.Qəddafinin, onun ailə üzvlərinin və hakimiyyətdə olan digər şəxslərin vəsaitlərinin dondurulması barədə sərəncam B.Obama tərəfindən 25 fevral 2011-ci il tarixdə qəbul edilmişdir.

Qaynaq: RBC

Əfqan Baxışov

ABŞ ştat məhkəməsi nikahda olmayanlara da övladlığa uşaq götürməyə imkan verdi

ABŞ-ın Arkanzas ştatının Ali Məhkəməsi nikahda olmayan şəxslərə övladlığa uşaq götürməyə qadağa qoyan qanunu konstitusiyaya zidd hesab edib ( Arkansas Department of Human Services v. Cole işi).  2008-ci ilin noyabr ayında qəbul olunan qanun nikahda olmayan fərqli cinsdən olan şəxslərə və birlikdə olan eyni cinsdən olan şəxslərə şamil edilirdi.

Məhkəmə qeyd edilən qadağanın şəxsi həyatın toxunulmazlığı hüququnu pozduğunu bildirməklə yanaşı, nikahda olmayan şəxslərin birliklərinin (belə həyat tərzini) qeyri-stabil olması, bu hallarda uşaqlara ailədaxili zorakılığın daha çox tətbiq edilməsi, gəlirlərinin daha az olması və sosial dəstəkdən məhrum olması kimi arqumentləri qiymətləndirməyərək, hər bir halın ayrı baxılaraq (bu qayda adi qaydada övladlığa götürmə prosesində də tətbiq edilir) göstərilən məsələlərlə dair şəxslərin vəziyyəti öyrənilərək övladlığa vermə barədə qərar qəbul edilməsini qət etmişdir.

Qaynaq: LawProfessors

Rumıniya şəhərinin boşanmaların qarşısını alma üsulu

Bir neçə ay öncə Rumıniyada qəbul edilmiş qanunla boşanmaların tənzimlənməsi və həyata keçirilməsi yerli bələdiyyələrə həvalə edilmişdir. Bu qanunun qəbulundan sonra, sakinlərinin böyük əksəriyyəti katolik olan Sangeorgiu de Mures şəhəri boşanmaların qarşısını almaq məqsədilə boşanmanın həyata keçirilmsəi üçün 10 000 ley (3 370 ABŞ dollarına bərabərdir) məbləğində rüsum müəyyənləşdirmişdir. Paytaxt Buxarestdə isə boşanma üçün rüsum bundan təxminən 2 000 dəfə azdır.

Mənbə: Asoociated Press

Fransız məhkəməsində surroqat ana işi

Fransa Kassasiya Məhkəməsi xaricdə surroqat anadan doğulan uşaqlara Fransız vətəndaşlığının verilməməsi barədə qərar qəbul edib. Aşağı məhkəmənin eyni məzmunlu qərarını təsdiq edən Kassasiya məhkəməsi ABŞ-da surroqat anadan doğulan hər iki valideyni fransız olan uşaqların şəxsiyyət vəsiqəsi və pasport almaq üçün ilkin şərt olan mülki reyestrə daxil edilməsinə qarşı çıxıb.

Qeyd edək ki, Fransada surroqat analıq hüquqi olaraq tanınmır və doğulmuş uşağın anası kimi məhz surroqat ananın özü tanınır (hazırki iş üzrə də ana kimi ABŞ-dakı surroqat ana tanındığından, hüquqi baxımdan fransız valideynlərin həmin uşaqla heç bir əlaqəsi yoxdur) .

Oxşar bir halda isə, fransız ana Ukraynada surroqat anadan doğulmuş övladını Macarıstana gətirərkən sərhəd polisi tərəfindən saxlanılmışdır.

Qaynaq:Associated Press, TheJournal

Hüquqşünas vəzifəsi üzrə iki vakansiya

“Vision Fund AzerCredit” MMC Gəncə/Mingəçevir (Şimal) və İmişli/Ağcabədi (Cənub) filialları üçün hüquqşünas vəzifəsi üzrə vakansiya elan etmişdir. Son müraciət tarixi 25 aprel 2011-ci ildir. Ətraflı məlumat üçün AzerCreditin veb səhifəsinə baxın.

Google Street View – şəxsi həyatın toxunulmazlığı hüququ

İsveçrə Federal İnzibati Məhkəməsi Google şirkətinin Street View proqramının vətəndaşların şəxsi həyatının toxunulmazlığı (“privacy”) hüququnu pozduğunu müəyyən edərək şirkətin bu pozuntunu aradan qaldırmaq üçün əlavə tədbirlər görməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, şəxslərin razılığı olmadan onların şəkillərinin internetdə yerləşdirilməsi qeyd edilən hüququn pozuntusudur. Pozuntunu aradan qaldırmaq üçün Google insanların sifətinin və avtomobillərin dövlət nömrə nişanının tanınmaması, həmçinin onların həssas (sensitiv) məkanlarda anonimliyini təmin etmək üçün tədbir görməlidir. Google-un qərardan İsveçrə Ali Məhkəməsinə şikayət vermək imkanı var.
Qaynaq: JURIST

Əlillərin hüququna dair beynəlxalq yay məktəbi

Milli İrlandiya Universitetinin Əlil hüququ və siyasətinə dair Mərkəzi 6-11 iyun 2011-ci il tarixdə BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası və onun icrasına həsr edilən beynəlxalq yay məktəbi təşkil edəcəkdir. Daha ətraflı buradan tanış ola bilərsiniz.

Ən çox oxunan hüquq məqalələri

Lawprofessors bloqu müqavilə hüququ və kommersiya hüququna dair son 60 gün ərzində SSRN-də (Sosial Elmlər Tədqiqat Şəbəkəsi) ən çox oxunan 10 məqalənin (ingilis dilində) siyahısını yerləşdirib. Həmin məqalələri buradan oxuya bilərsiniz.