“Ülkeden gitmek, ülkeye gelmek ve pasaportlar hakkında” Azerbaycan Cumhuriyeti Yasasına ilave ve değişiklikler tasarısı tartışılmıştır / “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb

APA-nın haberine göre, yasa tasarısı hakkında bilgi veren Millet Meclisinin Hukuk siyaseti ve devlet kuruculuğu komisyon başkanı Ali Hüseynli yasayla ilgili Azerbaycan Cumhurbaşkanı tarafından Millet Meclisine teklifler tasarısı gönderildiğini söylemiştir. Komisyon başkanının söylediğine göre yasaya teklif edilen ilave ve değişiklikler yabancıların turist şirketleri vasıtasıyla vize almasını kolaylaştıracak. Bu yasa sanal vizelerin de kullanılmasını sağlayacak.  

APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təkliflər layihəsi daxil olub. Komitə sədri deyib ki, qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracaq. Bu, elektron vizaların tətbiqinə də imkan verəcək.  

devamı

Tasarıya göre turist şirketleri turistlere vize almak için sanal başvuru yapabilecek. Bunun için yabancıların yaşadıkları ülkelerdeki Azerbaycan diplomatik temsilciliklerine, diplomatik temsilcilikler olmayan ülkelerde ise Azerbaycan’ın üçüncü ülkelerdeki diplomatik temsilciliklerine başvuru yapılmalıdır. Tasarıda  sanal ortamda vize alınması için gerekli olan belgeler de gösterilmiştir. Turistlere vize verilmesi dilekçelerine başvuru tarihinden en geç 15 iş günü içinde bakılacaktır. Vize verilmesi için gerekli belgelerin listesi, dilekçe formu, devlet rüsumunun miktarı Azerbaycan diplomatik temsilciliklerinin internet sitelerinde yerleştirilecek. Daha sonra millet vekilleri konuyla alakalı konuştular. Millet vekillerinin bir kısmı turistlerden bazılarının ülkeye  iyi amaçlarla gelmediğine dikkat çekerek vizelerin kolaylaştırılmasının güvenlik teşkilatlarının işini zorlaştıracağını söylediler. Azerbaycan’ın işgal olunmuş bölgeleri hakkında yasanın kabul edilmesine ihtiyaç duluyduğunu söyleyen millet vekili Ganire Paşayeva böyle bir yasanın Ermenistan tarafından Azerbaycan’ın işgal olunmuş bölgelerine düzenlenen seferleri sınırlandırabileceğini söyledi. Gürcistan deneyimini anlatan millet vekili bugün Ermenistanın bazı uluslararası teşkilatlardan destek aldığını söyledi. Millet vekilinin sözlerine göre,  yasada Azerbaycan’ın işgal olunmuş bölgelerine giden şahıslar, orada çalışan şirketler, onların çalışanları ve başka alakalı şahıslar istenmeyen adam ilan edilmeli ve Azerbaycan’a girmeleri yasaklanmalıdır. Sonda yasa teklifi oylamaya sunuldu ve kabul edildi.

ardı

Əlavələrə əsasən, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycanın diplomatik nümayəndəliklərinə, diplomatik nümayəndəliklər olmayan ölkələrdə isə üçüncü ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə müraciət edilməlidir. Əlavələrdə elektron qaydada viza almaq üçün gərəkli olan sənədlər də göstərilib. Turistlərə viza verilməsi üçün ərizələrə müraciət edildiyi gündən ən geci 15 iş günü keçənədək baxılacaq. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği Azərbaycanın diplomatik nümayəndəliklərinin internet saytlarında yerləşdiriləcək. Daha sonra deputatlar məsələyə münasibət bildiriblər. Deputatların bir qismi turistlərdən bəzilərinin «ölkəyə xoş niyyətlə gəlmədiklərini» əsas gətirərək, vizaların sadələşdirilməsinin təhlükəsizlik orqanlarının fəaliyyətinə çətinlik yaradacağını söyləyiblər. Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkilini məhdudlaşdıra bilər. Buna Gürcüstan təcrübəsini misal göstərən deputat deyib ki, bu gün Ermənistanın siyasətinə bəzi beynəlxalq təşkilatlar da dəstək verir. Deputat hesab edir ki, qanunda Azərbaycanın işğal olunmuş ərazilərinə gedən şəxslər, orada çalışan şirkətlər, onların işçiləri və s. əlaqəli şəxslər arzuolunmaz elan edilməli, Azərbaycana buraxılmamalıdır. Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Yorum bırakın